Qurban olum çəkmə məni...

No description available.
Məni çəkmə deyərkən bu uşaqda nə qədər acizlik və qorxu hiss olunur.

Məni çəkmə deyəndə sual yaranır, görəsən niyə? Kimdən qorxur bu uşaq? Aidiyatı qurumlar hara baxır?
Niyə bu uşaqla və ailəsi ilə maraqlanmır? Niyə axı 11 yaşında uşaq çöldə oturub tütək çalıb pul qazanmalıdır? Onun hal hazırda tay-tuşları ilə oynayan vaxtıdır.. Heç fikirləşən varmı bu uşaq gələcəyin gəncidir. Niyə biz körpələrə, gənclərə sahib çıxa bilmirik? Mən burdan Aidiyatı qurumlara səslənirəm: uşaqların, gənclərin həyatlarını məhv etməyin, onlarla maraqlanın, sahib çıxın, şərait yaradın özlərini doğru şəkildə ifadə edə bilsinlər. Vallah ürəyim dondu bu vidionu görəndə.

Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan balacaların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial vəzifəsidir. Ümüd edirəm ki, bu uşağın taleyi gözəl şəkildə həll olunar...

AĞ Partiya_ Xanımlar Təşkilatının sədri Malvina Amirova
202

DİGƏR XƏBƏRLƏR