AĞ Partiya nümayəndələri şəhidin ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb. Görüşdə yaxınları şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar. Daha sonra şəhidin məzarını ziyarət edib, ruhuna dualar səsləndiriblər.
Xatırladaq ki, 2003-cü il təvəllüdlü hərbi qulluqçusu Xudiyev Samir Səməd oğlu Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olub və şəhidlik zirvəsinə ucalıb. Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.
Şəfa Rasimqızı

