Azərbaycanda 5-ci kalon təhlükəsi !

Azərbaycanın strateji əhəmiyyəti hər zaman ölkəmizi xüsusi diqqət mərkəzinə çəkir. Bəzi qüvvələr isə hər vəchlə çalışırlar ki, burada mövcud olan sabitliyə xələl gətirsinlər.
 
Azərbaycanda Rusiyanın "5-ci kolon"u vardır, cəmiyyət də onlar barədə kifayət qədər məlumatlıdır. Belə hallar ölkəyə təhdiddir. Ölkəyə kənardan ola biləcək zərbələrin gücü, daxildən olan gücdən az olur. Çünki, baltaya özümüzünkilər sap olarsa, ölkəmizə daha ciddi zərbələr vurula bilər. Hazırda dünyada vəziyyət elədir ki, heç bir dövlətə kənardan müdaxilə etməklə istəyə nail olunmur. Ona görə də mütləq daxildə bir şeylərə istinad edərək iş görürlər. Məsələn, Rusiya Krımı işğal edəndə guya oradakı insanların arzuları, narazılıqları və kütləvi etirazlarını əsas götürmüşdü. Azərbaycan daxilində də başqa ölkələrə uşaqlıq etmək istəyən varsa, onlar seçkilər zamanı dövlətə böyüklük etmək iddiasını ortaya qoymasınlar. Belə qüvvələr aşkarlanaraq ifşa olunmalı və cəzalanmalıdır. Bu kimi qüvvələr tərəfindən Azərbaycanı sarsıdacaq hər hansı bir addım atılırsa, informasiyalar kənara ötürülürsə, daxildə hər hansı provokasiyanın baş qaldırmasına razılıq verirlərsə, bu özü artıq dövlətimizə qarşı bir təhdiddir. Yəni bu halda yanımızda olmalı olanlar burada yox, düşmən tərəfdə olur. Gələcəkdə xarici qüvvələr tərəfindən hər hansı bir layihə həyata keçiriləndə belə qüvvələr bunu etməyə həmişə hazır olurlar. Ona görə də belə ünsürlər mütləq ifşa olunmalıdır".
 
Xanımlar təşkilatının sədri Malvina Amirova
 
AĞ Partiya 2022/18 iyul

618

DİGƏR XƏBƏRLƏR