Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında telefon danışığı olub.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. "Agxeber.com"  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
N.Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. "Liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar. Bunun regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib", - məlumatda vurğulanıb.
Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.
312

DİGƏR XƏBƏRLƏR