Madrid Zirvəsi dünya mətbuatında: "Ərdoğan vətənə qələbə ilə qayıdır"

Madrid Zirvəsi dünya mətbuatında: "Ərdoğan vətənə qələbə ilə qayıdır"

Türkiyə-İsveç-Finlandiya arasında imzalanan Birgə Momerandumda “Finlandiya və İsveçin Türkiyədə PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəyi” razılaşdırılıb. Müqavilə dünya mətbuatında geniş işıqlandırılıb. Britaniyanın “Economist” jurnalı Türkiyənin veto təhlükəsini aradan qaldırması ilə nəticələnən razılaşmanı Madriddə keçirilən NATO sammitində “Ərdoğanın qələbəsi” kimi şərh edib.

Türkiyə prezidenti Ərdoğan , Finlandiya Prezidenti Niinistö və İsveç Baş naziri Andersson NATO baş katibi Stoltenberqin vasitəçiliyi ilə bir araya gəlib. Dörd saat davam edən sammitdən sonra tərəflər birgə bəyanat imzalayıblar. Stokholm və Helsinki administrasiyaları bu mövqedən geri çəkildikdən və bunu yazılı şəkildə bildirdikdən sonra Ərdoğan NATO üzvlüyünə yaşıl işıq yandırdı.

Dünya mətbuatında ilk manşet olan İngiltərənin "The Economist" jurnalı bu dəyişikliyi "Ərdoğanın qələbəsi" olaraq şərh edib. Jurnalın internet saytında dərc olunan məqalədə Ərdoğanın futbolçu keçmişindən bəhs edilib. Belə ki, “The Economist” yazıb ki, Finlandiya və İsveçə veto təhlükəsi futbolda olduğu kimi “peşəkar faul”dur:

"Türkiyə prezidenti beynəlxalq siyasətdə istədiyini əldə etmək üçün peşəkar faullara yol verməkdən çəkinmir. Ötən ay İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində büdrəmək cəhdi hətta Rusiya belə bir təhdid mühiti yaratdıqda belə, qorxulu olduğu qədər də təsirli oldu".

Türkiyənin veto qərarından imtina etməsinin ABŞ prezidenti Baydenin qələbəsi olduğunu bildirən “The New York Times" (NYT), "Vladimir Putin bu prosesə zərbə vurdu" şərhini yazıb.

Rusiyanın Ukraynaya təcavüzündən sonra iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq üçün müraciət etdiyini xatırladan BBC "indi iki ölkə Türkiyənin bəzi tələblərini qəbul edib" ifadəsi işlədib.

“Putinin Türkiyədən NATO-nun genişlənməsinin qarşısını almaq gözləntisinə zərbə” başlıqlı başlığı ilə çıxan "Newsweek" yazır ki, Türkiyə veto qərarında israrlı olsaydı, iki ölkə birliyə üzv ola bilməyəcəkdi.

İsraildə çıxan "Haaretz" qəzeti baş verənləri "Türkiyə istədiyini aldı" başlığı ilə açıqlayıb.

“Washington Post” qəzeti “Türkiyə çərşənbə axşamı ittifaqın böyüməsinə zəmin hazırladı” xəbərinə münasibət bildirib və Madriddə keçirilən zirvəni “son illərin ən mühüm NATO zirvəsi” olaraq şərh edib.

İngiltərənin "Daily Mail" qəzeti “Türkiyə, İsveç və Finlandiya liderləri iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmasının yolunu açdılar” ifadəsi ilə yenilikləri oxucularına açıqlayıb. Ukraynanın işğalının iki ölkəni NATO-ya yaxınlaşdırdığı bildirilən hesabatda, “bu, keçmiş Sovet bloku ölkələrinin 1999-cu ildə qrupa qoşulmasından sonra alyansın ən böyük genişlənməsidir” ifadəsi işlədilib.

“Politico” bu inkişafı “Türkiyə, Finlandiya və İsveç NATO-ya üzvlük hədəfləri qarşısındakı maneəni aradan qaldırdı” başlığı ilə oxucularına açıqlayıb. Məqalədə aşağıdakı ifadə yer alıb: “Madriddə görüşən liderlər indi Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etmək üçün rəsmi qərar qəbul edə bilərlər”.

Almaniyanın "Bild" qəzeti "Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı etirazından əl çəkdi" deyərək, bu razılaşma ilə iki ölkənin NATO üzvlüyünə heç bir maneənin olmadığını vurğulayıb.

Xatırladaq ki, Madriddə NATO liderlərinin zirvə toplantısı öncəsi keçirilən toplantıda İsveç və Finlandiyanın öhdəliklərindən sonra Türkiyə bu iki ölkənin NATO-ya üzv olmaq müraciətinə dəstək verəcəyini açıqlayıb. Qeyd olunub ki, razılaşma ilə İsveç və Finlandiya terror təşkilatı kimi tanınan PKK ilə mübarizə aparmaq, YPG/PYD-yə dəstək verməmək barədə öhdəlik götürüb.

Üçtərəfli memorandumda İsveç və Finlandiyanın "Türkiyədə YPG/PYD və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəkləri" vurğulanıb və "Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılığa gəldikləri" ifadə edilib.

Bundan əlavə, “Finlandiya və İsveçin Türkiyənin gözləyən deportasiya və ya ekstradisiya tələbləri ilə operativ və ətraflı şəkildə məşğul olacağı” ifadə edilərək bu prosedurların Avropa Konvensiyasına uyğun həyata keçiriləcəyi vurğulanıb.

Bizimyol.info

778

DİGƏR XƏBƏRLƏR