Bayden "soyqırım" dedi, Ankara hərəkətə keçdi

ABŞ Prezidenti Co Bayden 24 aprel 1915-ci il erməni hadisələri ilə bağlı çıxışında bu il də “soyqırım” ifadəsini işlədib.

Türkiyə Xarici İşlər Nazirliyi Baydenin bəyanatına sərt cavab verib.

"1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanatlar etibarlı deyil. Bura ABŞ Prezidenti Baydenin 2021-ci ildə etdiyi səhvin təkrarı olaraq bugünkü uğursuz bəyanatı da daxildir. Siyasi motivlərlə tarixi faktları təhrif edən belə bəyanatlar və qərarları rədd edir, bu səhvi təkidlə təkrarlayanları qınayırıq. Tarixən düşmənçilik çıxarmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli, seçmə yanaşmalar mənəvi cəhətdən problemli və siyasi baxımdan zərərlidir. Humanitar, vicdanlı mövqe etnik və dini ayrı-seçkilikdən asılı olmayaraq, o dövrdə yaşanan bütün iztirabları anmağı tələb edir. Türkiyə ermənilər də daxil olmaqla bütün Osmanlı əhalisinin yaşadığı acıları hörmətlə yad edir. Biz bu ağrını siyasi material kimi istifadə etmə cəhdlərini rədd edirik. Türkiyə 1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrlərinin qərəzsiz, elmi-hüquqi prinsiplər çərçivəsində araşdırılmalı və ədalətli hafizəyə qovuşmalı olduğu qənaətindədir. Türkiyə bu anlayışla Müştərək Tarix Komissiyasının yaradılmasını təklif etdi və onun arxivlərini açdı", - cavabda qeyd olunub.

Axar.az

895

DİGƏR XƏBƏRLƏR