Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini iqtisadi qısqaca almalıyıq"


AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov əvvəllər dediyi fikirləri bir daha təkrarladı: “Məsələ ilə bağlı sizə və digər media qurumlarına verdiyim müsahibələrdə aylar öncə bildirmişdim ki, Paşinyan saxta ”Ar(sız)sax" rejimini ortada qoyacaq. Uzağı deyəcək ki, orada ermənilərə beynəlxalq təhlükəsizlik zəmanəti verilsin. Paşinyan dedin, Qərb dedin, eynidir. Qərbin bir sıra dairələrinin  imperativi Qafqazı iqtisadi mənfəət zonası kimi görməkdir. “Ar(sız)sax” saxta rejimi isə Rusiyanın 1828-ci ildən bura bizə qoyduğu “mirasdır”. Bu mirası idarə etmək üçün yerli separat liderlər lazımdır. Amma burada heç kimin sizə deməyəcəyi bir şey deyim. Bu Araik dişli biri deyil, nə Köçəryandır, nə də Sərkisyandır. Nə də ki, maddi zəif olduğumuz, hamının üstümüzə gəldiyi, bizim də tək qaldığımız vaxtlar deyildir. Hər nə qədər riskli tərəfləri olsa da, bir tərəfdən beynəlmiləllik baxımdan üstünlüyü olan bir məsələ var. Biz beynəlxalq sərmayənin tərəfdaşıyıq. Yəni biz həm də maliyyə-iqtisadi halqanın bir qismiyik. Bu bizə boşalmağa da səbəb verməməlidir. İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini iqtisadi qısqaca almalıyıq. Can Türkiyə ilə daha sıx əlaqə qurmalıyıq".

Musavat.com
681

DİGƏR XƏBƏRLƏR