Ərdoğan nazirləri toplayır: Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

Türkiyə Nazirlər Kabinetinin aprelin 12-də keçiriləcək toplatısında Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək.

Kanal.az "TRT Haber"ə istinadən xəbər verir ki, toplantıda həmçinin Rusiya-Ukrayna müharibəsi, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.

Kabinetin müzakirə edəcəyi məsələlərdən biri də terrorçuluğa qarşı mübarizə və yay fəslində davam edəcək əməliyyatlar da var.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasdan sonra ölkə əhalisinə müraciət edəcək.

290

DİGƏR XƏBƏRLƏR