"Elman Rüstəmovun qanunsuz kapitalına ƏL QOYULMALIDIR" - TURAL ABBASLI

Tural Abbaslı: “Kəramət Böyükçöl şantajla məşğuldur” – İşdən kənar

"Elman Rüstəmov əgər çıxarılacaqsa, onun əmlakına əl qoyulmalıdır. Müstəqil bir audit yoxlaması göndərilməlidir. Korrupsiyaya qarşı mübarizə idarəsi, maliyyə audit şirkətləri gedib yoxlamalıdır. Onun mənimsədiyi vəsaitlərin həcmi müəyyənləşməli və əmlakına əl qoyulub dövlətin büdcəsinə qaytarılmalıdır".

Bu sözləri Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

O bildirib ki, Elman Rüstəmovun milyonlarla manat məbləğində əmlakının olması heç kimə sirr deyil: "Bəzi şirkətlər var ki, biz onun başqalarının adında görürük. Ancaq faktiki olaraq onundur. Əgər bu məmuların əmlakı əllərindən alınmayacaqsa, oğurladıqları, taladıqları  büdcə pulları dövlətə, xalqa qaytarılmayacaqsa, o zaman bizim üçün fərqi nədir ki, orada Elman Rüstəmov oturacaq, yoxsa Taleh Kazımov. Elman Rüstəmovun əmlakı yoxlanılmalı,  qanunsuz kapitalına əl qoyulmalıdır. Bunun üçün də araşdırma aparılmalıdır. Həmçinin keçmiş nazirlər Əbülfəz Qarayev, Ziya Məmmədov və digərlərinin də əmlakı yoxlanılmalıdır". 

 

SİTAT.İNFO

1051

DİGƏR XƏBƏRLƏR