AĞ PARTİYANIN 31 MART SOYQIRIMININ 104-CÜ İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANATI


Bu gün 31 mart Azərbaycanlıların soyqırımı günüdür. 

Agxeber.com xəbər verir ki, bu barədə Ağ Partiya bəyanat verib. Həmin bəyanatı diqqətinizə çatdırırıq.

   31 mart 1918-ci ildə dövrün siyasi konyukturundan istifadə edən Stepan Şaumyan və digər şəkil dəyişmiş erməni ifrat millətçiləri bir soyqırım həyata keçirdilər. Bu soyqırımın həyata keçirilməsində Bakı Soveti deyilən qurumun silahlı qüvvələrinin əksəriyyətini təşkil edən bolşeviklərlə müttəfiq oldular. Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda və ölkəmizin digər bölgələrində türk-müsəlman əhalisinin qırğınları həyata keçirildi. İnsanlarla yanaşı maddi mədəniyyət abidələrimiz də vandalizmə məruz qaldılar, Şamaxıda və digər bölgələrimizdə məscidlərimiz yandırıldı.
   Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin və Osmanlının Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra prosesləri dayandırmaq mümkün oldu. Ermənilər bu zaman soyqırım coğrafiyasını Qərbi Azərbaycana, Göyçə, Zəngəzur və Dərələyəzə keçirdilər. Lakin bütün ciddi cəhdlərinə, dövrün böyük güclərinin onları dəstəkləməsinə, qardaş Osmanlının bölgədən çəkilməsinə baxmayaraq Azərbaycan xalqının məhv edilməsi və külli deportasiyasına nail olmadılar. Azərbaycan xalqı 1991-1994-cü illərdə Birinci Qarabağ savaşında yenə Ermənistan və onun hamiləri ilə üzbəüz qaldı. Müvəqqəti qələbələrdən özünü itirən Ermənistandakı ekspansionist qüvvələr işğal edilmiş torpaqlarımızda etnik təmizləmə apardılar. Lakin Azərbaycan xalqı Ermənistanın və orada kök salmış faşist ünsürlərin arzularını gözündə qoyaraq 44 günlük İkinci Qarabağ Vətən savaşında torpaqlarını azad etdi, silahlı qüvvələrimizin qarşısında artıq dayaqlarından məhrum olmuş, qaçan, meyidlərini qoyan, onlarla əsir verən erməni ordusu dayana bilmədi. Azərbaycan ordusu, xalqı və dövləti qalib gəldi. Biz belə bir yol keçdik. Bu yolda 31 mart soyqırımı zamanı və daha sonra etnik təmziləmə nəticəsində qətl edilmiş millət övladlarımıza Allahdan rəhmət diləyirik, eyni zamanda hesab edirik ki, MİLLİ NİZAM ilə yüksələcək MİLLİ DÖVLƏTİmiz, bölgədə qardaş Türkiyə və dost dövlətlərlə birgə uğur üzərinə uğur qazanacaqdır, Millətimiz bir daha soyrıqım və faciə yaşamayacaqdır.


Agxeber.com
451

DİGƏR XƏBƏRLƏR