Ağ Partiya VİP sədri Əli Əliyevin həbsi ilə bağlı bəyanat verdi


Yasamal Rayon Məhkəməsində 13 yanvar 2022-ci il tarixdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, partiya sədri 5 ay müddətinə həbs edilib.

Ağ Partiya VİP sədri Əli Əliyevin həbsini normal siyasi mühitə zərbə və müxalif düşüncənin ifadə edilməsi qarşısında problemlərə səbəb olduğunu hesab edir. Bir partiya sədrinin ifadə etdiyi ehtimallara görə məhkəmə qaydası ilə həbs edilməsi pislənilməli olan haldır. Ona qarşı həbs qəti imkan tədbirinin həyata keçirilməsi ölkəmiz haqda beynəlxalq miqyasda ancaq mənfi rəy formalaşdıracaqdır. Ağ Partiya Əli Əliyevin həbsini qətiyyətlə pisləyir, hakimiyyəti məhkəmə proseslərinin ədalətli keçirməyə çağırır.
1428

DİGƏR XƏBƏRLƏR