Tanınmış azərbaycanlı koronavirusdan — SAĞALDI

Tanınmış azərbaycanlı koronavirusdan

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusdan sağalıb.

“Ölkə. Az” xəbər verir ki, o, bu barədə özü sosial şəbəkədə məlumat verib. Fətəliyeva bu dönəmdə ona dəstək verən hər kəsə təşəkkür də edib:

“Əziz doğmalar, dostlar, tanışlar!

Bir aydan çox sürən Covid-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. 

Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi  bütün dəva və dərmanlardan güclü oldu.

Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım.

Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq.

Qeyd edək ki, Mirvari Fətəliyeva bir müddət əvvəl koronavirusa yoluxması barədə məlumat verib. Özündə halsızlıq və mədə ağrısı hiss edən Fətəliyeva Parisdəki xəstəxanada test verib və nəticəsi pozitiv olub. 

 

240

DİGƏR XƏBƏRLƏR