"Bu məhlullar ağır xəstəliklərinə səbəb olur" Baş toksikoloqdan xəbərdarlıq

Koronavirusdan qorunmaq üçün gigiyenik qaydalara riayət etmək, tez-tez toxunulan səthləri, kütləvi yerləri dezinfeksiya etmək vacibdir. Sağlamlığımızı əlimizdən alan mikroblarla mübarizə aparan bu vasitələrin tərkibi toksinlərlə zəngindir.

Bəs, bu dezinfeksiyaedici məhsulların insan orqanizmi üçün təhlükəsi varmı?

Baş toksikoloq Azər Maqsudov Teleqraf.com-a açıqlamasında bildirib ki, bu maddələrdən şəxsi gigiyena zamanı istifadə etmək qadağandır:

"Şəxsi gigiyena üçün bu maddələrdən istifadə problemlərə səbəb olur. Digər məqsədlərlə istifadə olunduqda isə mütləq şəkildə qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Əks halda bu, xoşagəlməz fəsadlara səbəb ola bilər. Xüsusilə də maska istifadəsi mütləqdir - adi tibbi deyil, filterli maskalardan. Bu zaman insanlar buxarları udmadıqları üçün, sağlamlıqları üçün təhlükə qalmır".

Azər Maqsudov dezinfeksiyaedici vasitələrdən düzgün istifadə etməməyin bir sıra xəstəliklərə səbəb olduğunu da deyib:

"Ev təmizliyində istifadə olunan yuyucu vasitələrə təmizləyici xüsusiyyət verən tərkibindəki aktiv maddələrdir. Bəzən istehsalçılar onların tərkibində olan bu bahalı maddələri az istifadə etməklə yanaşı, əvəzinə bentonit, kaolin, müxtəlif duzlar, turşular və silikatlar kimi təmizləyici xüsusiyyətləri olan, suda az həll olunan qeyri-üzvi maddələr qarışdırırlar. Bu maddələr ətraf mühitin çirklənməsi və sağlamlıq üçün təhlükəlidir.

Yuyucu vasitələrin tərkibindəki toksinlər mikrobları məhv etdiyi kimi ağciyəri, qaraciyəri və beyni də eyni şəkildə zədələyir. Ağciyər iltihabı, allergik reaksiyalar, mərkəzi sinir sistemi, ürək, böyrək və qan damarlarının pozğunluğu, endokrin və immun sisteminin pozğunluğu kimi xəstəliklərin inkişafına şərait yaradır. Dezinfeksiyaedici məhlullar bağırsaq xərçənginə və ağır ağciyər xəstəliklərinə səbəb olur".

6551

DİGƏR XƏBƏRLƏR