"İnter"in 25 futbolçusunda koronavirusun əlamətləri təsdiqləndi



İtaliyanın "İnter" klubunun futbolçusu Romelu Lukaku komandanın əksəriyyətində koronavirus infeksiyası əlamətlərinin olduğu barədə danışıb.

Agxeber.com  trend-ə istinadən xəbər verir ki, bu barədə "Football İtaliya" portalı xəbər yayıb.

"Dekabrın sonunda bir həftə istirahət etdik. Sonra işə qayıtdıq və komandadakı 25 oyunçudan 23-ü xəstələndi. "Kalyari" ilə oyun keçirdik. Təxminən 25 dəqiqədən sonra oyunçularımızdan biri meydandan getməyə məcbur oldu.Hər kəsdə öskürək və hərarət var idi", - deyə Lukaku İnstaqram səhifəsində bildirib.

Oyunçuların o zaman koronavirus üçün test edilmədiyi qeyd olunur. Ölkədə ilk rəsmi yoluxma hadisəsi fevral ayının sonlarında qeydə alınıb. A seriyasının futbolçuları arasında ilk yoluxma halı martın 12-də "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə aşkarlanıb. İtaliya futbol çempionatı martın 10-da qeyri-müəyyən müddətə dayandırılıb.

1186

DİGƏR XƏBƏRLƏR