AĞ Partiya Zəngəzur Komissiyası İranla bağlı bəyanat yayıb

 

Son günlərdə Qarabağ bölgəsində yaşanan hadisələrdən sonra AĞ Partiya Zəngəzur Komissiyası  bəyanat yayıb. Bəyanatın mətnində deyilir:
“İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi halları qəbul edilməzdir. Bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın höküməti tərəfindən dərhal əməli addımların atılması  arzuolunandır. Belə  halların davam etdirilməsi ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq, gələcək əməkdaşlıq perspektivlərimizi zədələyəcəkdir. Qarabağ eləcə də Zəngəzur mövzusu bizim qırmızı xəttimizdir. İran İslam Respublikası ərazi bütövlüyümüz mövzusundakı həssasiyətimizi diqqətə almalıdır. Yaranmış mövcud vəziyyətə görə İran İslam Respublikası rasional  açıqlama verməli təkarar etməmək şərti ilə bu halları tamamən ortadan qaldırmalıdır."
2244

DİGƏR XƏBƏRLƏR