Məhəmməd Əmin Rəsulzadə və İslam

 
Bu dünya dinlər üzərində qurulmuş bir dünyadır. Qədim dövrdən  bu günə qədər bütün ictimai, siyasi, sosial və iqtisadi quruluşlar bu və ya digər formada öz bünövrələrini ya dini motivlər üzərində qurmuş, yada sırf dini quruluşda fəaliyyət göstərmişlər. Dinin böyüklüyü bəzən o həddə qədər yüksəlmişdir ki,bəzən ondan sui-istifadə etmişlər. Dindən mənfi əməllər,  fikirilə də istifadə etmişlər, buda normal və başa düşüləndir. Çünki tarixdə belə hal və hadisələr çox və zəngindir. Buna baxmayaraq dünyada mövcud olan bütün dinlər sülhün,barışığın, əxlaqın, qısası insanda bütün müsbət keyfiyyətlərin bütövləşməsinin carçısı və təbliğatçısı olmuşdur. Allah-Talanın insanlara bəxş etdiyi ən böyük töhfəsi  islam dinidir. Bu dinin sonuncu böyük din olmağı ilə bərabər Allahın insanlara məsləhət bildiyi ən kamil dinidir. Ayrı-ayrı adət-ənənələrin daşıyıcısı olan müxtəlif xalqlar İslamı sevə-sevə,düşünərək ağıl və iradələri ilə qəbul etmişlər və hələdə bu davam edir. Ümumiyyətlə İslam zaman etibarı ilə ən surətlə yayılan və planetimizin çeşitli yerlərində öz nüfuzunu tez və əbədi möhkəmləndirən dindir. Bu niyə belədir? Bu suala belə cavab verək. Bu dinə və onun(İslam dininin) əsaslarını Uca Allah özü təyyin edib və əlbəttə ki, bu dinin əsaslarının vacibliyininə ən böyük qiymət və dəyərin proqramını Allah özü hazırlamış və qiymət vermişdir. İslamın qiyməti bundan başqa bir şey deyil. Bunun səbəbi isə heç vaxt heç bir tərifə uğuramamış(zatən uğrayanda bilməz) və Allahın öz kəlamı olan Qurani-Kərimlə təsbit edilmiş və təsdiqlənmişdir. Hələ peyğəmbərimiz Məhəmməd (s) dövründə İslam böyük təzyiqlərə məruz qalmış, amma və lakin "Həqiqət maneə gördükcə güclənər" misalı ilə yanaşsaq peyğəmbər dövründə olduğu kimi bu gün də İslam dini ona olan təzyiqlərin güclənməkdə, durmadan irəliləməkdə və inkişaf etməkdədir. Əlbəttə bu yüksəlişinin səbəbi tarixi şəxsiyyətlərin rolu və ağlı, fiziki fəaliyyətləri ilə də bağlı  olmuşdur. Onlardan biri də Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O, şəxsiyyətin İslam dinində və İslam aləmində olan nüfuz və ağlının dərinlikləri danılmaz və unudulmazdır. 20-ci əsrin əvvəllərində dünyada köklü dəyişikliklər İslamın elm kimi təkcə Şərqdə deyil, Qərbdə də öyrənilməsinə səbəb olmuşdur. Bu zaman Şərqdə bir insan pərvaz edib yer üzündə hərəkət toxumuna su səpdi, bu insan Məhəmməd Əmin Axund Hacı Ələkbər oğlu Rəsulzadə idi. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından qabaq istedadlı alim,şair, jurnalist, publisist və İslam elmlərinin araşdırıcısı kimi tanınırdı. Onun elmi-nəzəri görüşləri və mülahizələri Avropada və xüsusilədə Rusiyada birmənalı qarşılanmırdı. Buna görə bəzi məsələlərdə təzyiq və təqiblərə,şər və böhtanlara məruz qalırdı. 1905-1917-ci illərdə Bolşevik hərərəkatı bütün Rusiyanı qucağına aldığı dövürdə və Azərbaycanın da Rus  imperiyasının tərkibində olduğu zamanda bu şəxs Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Və tarixi sözünü dedi, "Bir kərə yüksələn bayraq bir daha enməz". Bütün çətinliklərə baxmayaraq Şərqdə müsəlman dünyasında ilk demokratik cumhuriyyəti qurdu. Və 71 yaşında Türkiyədə dünyasını dəyişdi. Uca ALLAHdan rəhmət diləyir və ruhunun şad olmasını, cənnətdə məskunlaşması üçün hər gün duacıyam.


Şadiyar Abuşov
3862

DİGƏR XƏBƏRLƏR