İSRAİL, FƏLƏSTİN, TARİX VƏ İNSANLIQ ARASINDA NƏYİ SEÇƏK?


Son dövlərdə bəzi mətbuat orqanlarında 1916-cı ildə ərəblərin Osmanlıya qarşı olan fəaliyyətləri ortaya atılır. Bu bu gün bəzilərinin İsraili dəstəkləməsinə əsas kimi göstərilir. Hətta bununla bağlı olaraq bəziləri kliplər, youtube müraciətləri də çəkir. Bu youtube müraciətlərində "Türkiyədəki qardaşlarımız, baxın biz niyə İsrailin yanındayıq?" deyilir. Amma Osmanlının yıxılmasının əsas iştirakçıları, maliyyələşdiriciləri və eləcə də təşviqatçıları sionistlər olubdur. Bunu zatən onlar gizlətmirlər də.
Bir də axı ortada insan, uşaq və qadın qətlləri vardır. İsrail ancaq hərbi hədəfləri vurur deyənlər, Ermənistan da Gəncə və Bərdəni vuranda elə deyirdi. Nə isə indi keçək tarixi faktlara. Bir də bunu xüsusi ilə qeyd edim ki, hər yəhudi sionist deyildir. Buna görə də insanlıq cinayətlərini bütöv bir xalqın adına yazmağın tərəfdarı deyiləm. Hansı isə bir xalqın içərisində insanlığa qarşı, digərlərinə qarşı aqressivliyi ideolojiləşdirənlərə qarşıyam.
Birinci Dünya Müharibəsi dövründə Müttəfiqlər tərəfində Osmanlıya qarşı fəal rol oynayacaq bir Sion ordusu yaratmaq fikrinin Vladimir Jabotinski (1880-1940) tərəfindən ortaya çıxdığı bilirsinizmi? Bu adam Odessa şəhərində anadan olan bir sionist idi. Jabotinski, Osmanlı İmperatorluğunun müharibəyə girməsi ilə, II Əbdülhəmiddən bəri sionistlərin ambisiyalarının qarşısını alan bu dövlətin yox olmaq üçün qollarını "qatladığını" etiraf edir. Fələstindəki sionistlər IV Osmanlı ordusu istehkam məlumatlarının İngilis sualtı qayıqlarına çatdırılması üçün hərəkətə gəldikdə, cinayət başında tutulur. Bunu bilirsinizmi?
Bu hadisələr bununla bitmir. Jabotinskinin fəaliyyəti nəticəsində Osmanlıya qarşı Çanakkalada vuruşmaq üçün Sionist Qatır Alayı da qurulur ( Doç. Dr. Mim. Kemal ÖKE. ÇANAKKALE SAVAŞLARINDA SİYONİST ALAYI'NIN FAALİYETİ . https://dergipark.org.tr/tr/download/article-file/8538).
Hə dostlar, bu qeyd edilənlər ərəb üsyan bayrağının qaldırılmasından bir ilk əvvəl idi. Məhz bu fəaliyyət 1917-ci ildə Böyük Britaniyanın xarici işlər naziri Balfurun bəyyannaməsinin ortaya çıxmasına bu və ya digər şəkildə təsir edir. Yəni, göründüyü kimi kiminsə bu gün Osmanlı qeyrəti çərəkərək İsraili dəstəklədiyini deməsi əlbəttə populist bir yanaşmadır. " Biz unutmadıq" deyir, bizimki türklərə. Dostum, biz çox şeyi unutduq. Unutduq ki, dəfələrlər torpaq itirdik. Onlar unutmadı. Unutsa idilər, bu gün bizim köməyimizə gələ bilərdilərmi? Yəqin ki, bir çoxlarınız Emanuel Karasu haqqında eşitmisiniz. Emanuel Karasu 1862-ci ildə Selanikdə anadan olub və 1934-cü ildə İstanbulda vəfat edib. Əslən İspaniyadan Osmanlıya köçən Sefard Yəhudilərindən biri olan Karasu Selanikdə vəkil kimi fəaliyyət göstərirdi. 1898-ci ildə Karasunun sultan II. Əbdülhəmidi ziyarət edən və Qüds sancağında onlar üçün torpaq satmağı təklif edən Sionist heyətinin tərkibində olduğu bilinir. Selanikdə " Mason Lojasını" quran və bir çox Gənc Türk zabitinin mason olmasında rolu olan Karasu, bu lojanın da böyük ustası idi. İlk əvvəl Osmanlının xeyrinə cəsusluq etmək görüntüsünü verən bu şəxs II Əbdülhəmidin taxtdan endirilməsində yer alan heyyətdə idi. (Necmettin ALKAN. EMANUEL KARASU VE II. ABDÜLHAMİD . https://dergipark.org.tr/en/download/article-file/32093) İkinci Əbdülhəmidin taxtdan endirilməsi ilə isə Osmanlının süqutu sürətləndi. Hə dostlar, maraqlıdır Osmanlının xiffətini "çəkən" Fələstin əleydarları bunu görəsən niyə bilmir. Bir də məsələ Fələstin məsələsi deyildir. Məsələ, insanlara, qocalara, uşaqlara qarşı cinayət məsələsidir. Balfur deklayarasiyasının erməni təşkilatlar tərəfindən dəstəkləndiyini necə bilirdinizmi? Sionist Təşkilatın rəhbəri Chaim Weizmann və Ermənistan Milli Nümayəndəliyinin rəhbəri Harutun Malkolm Londonda Balfour Əməkdaşlıq Bəyannaməsini imzaladılar. Ənvar Paşanın təhdidləri olmasa idi sionist təşkilatların "erməni soyqırımı" haqqında məlumatlar yaydığını bilirdinizmi? (Артур Акопян. Армяне и евреи в Османской империи. https://russia-armenia.info/node/65772)
2017-ci ilin yayında məşhur İsrail politoloqu Aviqdor Eskinin Ermənistana və Dağlıq Qarabağa səfər etdiyini bilrsinizmi? Azərbaycan Xarici İşlər Nazirliyinin Eskini "qara siyahı" sına daxil edib etmədiyi hələ məlum deyil (АРМЕНИЯ И ИЗРАИЛЬ: ПРОТИВОРЕЧИЯ И ПЕРСПЕКТИВЫ СОТРУДНИЧЕСТВА. https://noev-kovcheg.ru/mag/2017-09/5921.html). Yeri gəlmişkən bunu bizim XİN-dən soruşmaq lazımdır. Dağlıq Qarabağa səyahət etdiyinə görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunan və bundan sonra Belarusda saxlanaraq Azərbaycana ekstradisiya edilən bloqçu Aleksandr Lapşinin İsrail vətəndaşı olduğunu, diasporun təzyiqləri nəticəsində Azərbaycan tərəfindən azad edildiyini necə bilirsinizmi? İsrailli millət vəkili Svetlovanın bəs bu sözünü bilirsinizmi? Rusiya və İsrailin xarici işlər nazirlikləri Aleksandr Lapşinin azadlığı uğrunda birgə fəaliyyət göstərib. Hələ bir əlavə də edibdir: "O burda hərbi xidmətini yerinə yetirib. O bizim dövlətə sədaqətli olub və biz də ona sədaqətli olmalıyıq" (İsrail millət vəkili: "İsrail Lapşinə sədaqətli olmalıdır" https://www.bbc.com/azeri/region-38721602)
Görəsən bir fələstinli bunu etsə idi, Azərbaycana təzyiq göstərərdilərmi? Şəkil paylaşanlara da bu şəkli ərməğan edirəm. Görəsən bizim müttəfiqimiz nə üçün Ermənistanla əlaqələrin inkişafında maraqlı olsun ki? Çünki o bizim müttəfiqimiz deyildir, tərəfdaşımızdır.
Qarışdırmayın. Qarışdıra qarışdırma kim olduğumuz qarışdırdıq. Bir də problem yəhudilərdə deyildir. Problem insanlıq cinayətlərindədir. Onu kim edərsə onu dəstəkləmək insanlıq ləkəsidir.

Azer Hüseynov- AĞ Partiya başqanın ideoloji məsələlər üzrə müşaviri
5437

DİGƏR XƏBƏRLƏR