İran Ukrayna təyyarəsini vurmasının səbəbini açıqladı


Ötən ilin yanvarında İran hərbçiləri tərəfindən vurulmuş "Ukraynanın Beynəlxalq hava yolları"nın Tehran-Kiyev reysi ilə uçan təyyarəsi düşmən hədəfi kimi qəbul edilib. AĞ Xəbər  “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının hadisənin araşdırılması üzrə yekun hesabatında bildirilir. "Təyyarə hava hücumuna qarşı müdafiənin bölməsi tərəfindən səhvən düşmən hədəfi kimi qəbul edilib, iki raket buraxılıb", - sənəddə deyilir. Məruzə müəllifləri qeyd ediblər ki, nə təyyarənin texniki vəziyyəti, uçuş trayektoriyası, nə də uçuş hündürlüyü buna səbəb ola bilər. Bundan əlavə, sənəddə gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün bir sıra tövsiyələr verilib. "Ukraynanın Beynəlxalq hava yolları"na məxsus “Boeing 737-800” 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan səmaya qalxdıqdan az sonra vurulub. Nəticədə 176 nəfər həlak olub. Bunlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarıdır. Bu, Ukrayna aviasiyasının tarixi ərzində ölənlərin sayına görə ən böyük qəza olub.
7930

DİGƏR XƏBƏRLƏR