İman varsa, imkan da var deyən böyük şəxsiyyətin vəfatından 10 il ötür


 
Bu gün milli görüşün lideri, Türkiyənin eks baş naziri Nəcməddin Ərbakanın vəfatından 10 il ötür. Ərbakan yaşantısı ilə nəinki siyasət adamlarına, eləcə də bütün dünyaya örnək olacaq şəxsiyyətlərdən olmuşdur. O, Türkiyənin gələcəkdəki maddi inkişafının yalnız mənəvi inkişafla mümkün olacağına diqqət çəkmiş və millətini daima bu yolda təşkilatlandırmağa çalışmışdı.  Ərbakan getdiyi hər məkanda bu sözləri durmadan təkrar edirdi: “Hər şey bir xəyal qurmaqla başlayır və xəyalın təməlində inanc olarsa, siz qalib olarsınız. İnananlar qalibdirlər”.  Yarım əsrlik siyasi həyatında bir gün belə yorulmayan, saysız-hesabsız əngəllər qarşısında bir an belə şikayət etməyən  Ərbakan hoca, “İman varsa, imkan da var”, - deyərək son nəfəsinə qədər çalışdı. Milləti üçün gecəsini gündüzünə qatan Nəcməddin Ərbakan özündən sonra da gediləcək yolun ilk cığırını açmışdır. O, bu gün inkişaf etmiş, bütün dünyada yetərincə sözünü deyə bilən, məzlumun yanında yer alan Türkiyə Cümhuriyyətinin memarlarından birisidir.
Nəcməddin Ərbakan fiziki olaraq aramızdan ayrılmış olsa da, onun idealları, müsəlman-türk dünyası üçün etdikləri və etmək istədikləri daima bizimlə birlikdə olacaqdır.
AĞ Partiya idarə heyəti olaraq bizlər mərhumun vəfatının 10-cu ili ilə əlaqədar başda Türkiyə Cümhuriyyətinin vətəndaşlarına, ailəsinə, yaxınlarına baş sağlığı veririk. Allah rəhməıt etsin!
 
7007

DİGƏR XƏBƏRLƏR