Azərbaycan və Gürcüstan arasında uçuşların bərpasına dair danışıqlar başladı

Azərbaycan və Gürcüstan arasında uçuşların bərpasına dair danışıqlar başladı

Azərbaycan və Gürcüstan arasında müntəzəm aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır. AĞ Xəbər məlumat verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana uçuşları gələn ay bərpa edəcəyi gözlənilir. Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsinə martın ilk ongünlüyündə başlanılması nəzərdə tutulub. Xatırladaq ki, Gürcüstan martın 1-dən Azərbaycan üçün hava məkanını açacaq. Həmin tarixdən etibarən Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə Gürcüstana daxil ola biləcəklər.

10766

DİGƏR XƏBƏRLƏR