Qəhrəmanlıq dastanını yazanlardan


İkinci Qarabağ Müharibəsində Qazimiz Vüsal Şahbəddin oğlu Məmmədli Cəbrayıl  uğrunda gedən döyüşlərdə iştirak etmiş, və  döyüşlər zamanı qolundan və sinəsindən güllə yarası almışdır.
 “Hər qarış uğrunda döyüş gedirdi, hər qarış uğrunda. Bəzən insanlara aşılamaq çətindir. Bunu döyüşən şəxslər daha yaxşı bilir. Hər mövqe uğrunda qan tökülürdü. Tökülən hər damla qan bir qarış torpaq demək idi”.
Vətən müharibəsinin başladığı ilk gündən könüllü  olaraq cəbhəyə getmiş və ən  qaynar nöqtələrdə öz döyüş yoldaşları ilə çiyin-çiyinə döyüşən Vüsal Məmmədli bu sözləri insanı düşündürməyə bilməz.. 

Qeyd edim ki, qazimiz aprel döyüşlərində də qəhramanlıqla döyüşmüşdür.
Düşünürsən və bir daha əmin olursan ki, bu xalq bu torağı Vətən edənlərə bir ömür minnətdar olacaq. Bir çox mövqelərin düşməndən azad edilməsində iştirak edən qazimiz, Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb. O, keçdikləri döyüş yolundan, Azərbaycan əsgərinin zəfərindən qürurla danışır.
VÜSAL MƏMMƏDLİ – QAZİ: “Bəzən olurdu ki, 3 gün, 4 gün, 5 gün ailə üzvlərimizlə əlaqə saxlaya bilmirdik. Bu da ailə üzvlərimizdə narahatlıq yaradırdı ki, bu da təbii bir haldır. İnanın ki, onların burada düşündüklərini biz də orda düşünürdük: “Necə xəbər edək ki, yaxşıyıq, yəni salamatıq...” Çünki bilirdik ki, əsasən də qadınlar, bircə saat əlaqə saxlamasaq, onların ağlına min fikir gətirə bilirdi”.
İnanınki yol boyu xalq bizi döyüşə necə uğurlayırdı: bəzi yerlə var idi ki, bayraqlarla yola düzülüb, bizi salamlayır, bizi yola salırdılar. Dedim ki, Allahu-Təala bizi utandırmasın. Allahu-Təala bizə elə bir zəfər nəsib etsin ki, eyni cür qarşılanaq. Allaha çox şükür ki, göydə Allah, yerdə xalqımız, bizə elə bir mənəvi dəstək verirdi ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi”.

“Biz sevinməliyik. Sevinməliyik ki, bu bizim vaxtımıza düşdü. Bu tarixi hadisə məhz bizim vaxtımıza düşdü. Bu əvvəl-axır olmalı idi. Biz Qarabağın işğalı ilə biz heç cür barışa bilməzdik. Bu bir mənalı idi. Qarabağın işğal faktorunu biz qəbul etməyəcəkdik. Mənim vaxtıma düşməyəcəksə, bizim övladlarımızın vaxtına düşəcək. Nə xoşbəxtik ki, bunu biz yaşadıq. Bunun ağrısını da, acısını da biz çəkək, övladlarımıza bu problemi saxlamayaq. Çünki nə qədər şərfəli, nə qədər qürurlu olsa da, bunun ağır tərəfləri də var. Mən yaralandım, mənim canım çəkdi bu ağrını, mənim övladım çəkməsin. Övladlarımıza fərx edəsi yaddaş salayaq”.
 -Məkanı cənnət olsun bizim tabor komandirimiz Vətən Müharibəsi Qəhramanı Cavid Mahmudov biliyi və savadı nəticəsində 200 əsgərin həyatını xilas etdi. Eni zamanda əsgər dostum Niyamin Niftalızadə Cəbrayıl istiqamətində gedən döyüşlərdə, şücayətinə görə xüsusi olaraq seçilirdi. Qəhrəmancasına şəhid oldu. Tanrım şəhidlərimizin məkanını cənnət etsin. Onların haqqı daim boynumuzdadır.

 
3040

DİGƏR XƏBƏRLƏR