Ağ Partiyası başqan müşaviri Fariz Kərimovdan qazi intiharları ilə bağlı təklif


Ordudan tərxis olunan qazimizin intihar etməsi ölkə gündəminə oturub.

Bu barədə Agxeber.com-a münasibət bildirən Ağ Partiyası başqanının müşaviri Fariz Kərimov bildirib ki, ordudan tərxis olunan döyüşçülərimizə psixoloji dəstək göstərilməlidir: "Son günlərdə, Vətən Müharibəsində döyüşmüş bəzi qazilərimizin intihar xəbərləri gəlir. Bu hadisələr, bizləri məyus edir. Bəzi qazilərimizin döyüş zamanı aldıqlar yaraları tibbi cəhəddən sağalsa da, görünən odur ki, daxildən bu yaralar dərin psixoloji bir iz buraxıb. Təəsüf ki, bu problemləri aradan qaldırması üçün dövlət aidiyyatı olan qurumlardan ciddi bir təşəbbüs irəli sürülməyib. Təklif edirəm ki, döyüş bölgəsindən evlərinə sağ salamat qayıdan hərbiçilərimiz və onların ailələrinə mütləq şəkildə psixoloji dəstək verilsin.
Sosial Müdafiə Nazirliyi tərəfindən mütləq qaydada dövlət layihəsi hazırlanıb müvafiq qurumlara təqdim edilməlidir. Proqram hərbi post travmatik sindromunu keçirən hərbiçilərimizin normal məişət həyatlarına qayıdışını təmin etmalidir. 
Ölkənin aparıcı tibbi, sosial, mental sahələri üzrə çalışan mütəxəssisləri bu layihəyə cəlb olunmalıdır və daha ağır pisoxoji durumda olan əsgərlərimiz üçün müvafiq tədbirlər bu dövlət proqramında öz əksini tapmalıdır."


Agxeber.com
1307

DİGƏR XƏBƏRLƏR