AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib


Yanvar ayının 9-da AĞ Partiya İdarə Heyətinin növbəti onlayn iclası keçirilib. 

AĞ Partiya-nın mətbuat xidmətindən Agxeber.com-a verilən məlumata görə, iclasda bir sıra cari məsələlər müzakirə edilib. O cümlədən ölkədə baş verən ictimai siyasi proseslərə idarə heyəti üzvləri tərəfindən münasibət bildirilib. 

Daha sonra partiya idarə heyətinin keçən iclasda verilən tapşırıqlara dair hesabatı dinlənilib.  AĞ Partiyanın mövcud tərkibi və onun genişləndirilməsi istiqamətində görüləcək işlər üzrə iş planı müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilib.

1119

DİGƏR XƏBƏRLƏR