Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı - Yenilənib

Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı
ABŞ-da Konqresin binasında atışma olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, açılan atəş nəticəsində 1 qadın yaralanıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları Kapitoliyaya daxil olublar. Etirazçılarla polis arasında toqquşma baş verib.

***

ABŞ-da Konqresin binasındakı iğtişaşlar zamanı yaralanmış qadın dünyasını dəyişib.

“Qafqazinfo” bildirir ki, bu barədə “NBC” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verib.

***

ABŞ-ın Kapitoliya binasında atışma nəticəsində ən az beş nəfər yaralanıb, birinin vəziyyəti ağırdır.

"Qafqazinfo" bildirir ki, bu barədə “Sky News” telekanalı xəbər verib. 

***

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub. 

"Qafqazinfo" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında bildirib.

1158

DİGƏR XƏBƏRLƏR