Ağ Partiyası Qarabağdakı erməni təxribatı ilə bağlı bəyanat yaydı


Dekabrın 27-də Qarabağda ərazi bütövlüyümüzə qarşı növbəti təxribat törədilib.

Ağ Partiyasının mətbuat xidmətindən Agxeber.com-a daxil olan bəyanatı diqqətinizə çatdırırıq:

Ağ Partiyası Hadrutda hərbçilərimizin şəhid olması və yaralanması ilə nəticələnən hadisəni qətiyyətlə pisləyir. Hesab edirik ki, düşmənin davam edən bu təxribatının qarşısı ən sərt formada alınmalı və bir terrorçunun belə ərazilərimizdə mövcudluğuna imkan verilməməlidir. Sülhməramlı adı altında Qarabağa gələn Rusiyanın buradakı fəaliyyəti Azərbaycan ictimaiyyətində dərin hiddət doğurub.

Partıya, Rusiyanın erməni təxribatı qarşısında sərgilədiyi mövqenin qarşısının alınmasını tələb edirik. Hər bir hərbçimizin həyatını itirməsi məsuliyyətini birbaşa sülhməramlı missiya daşıyan Kreml daşıyır. Azərbaycan hakimiyyətini bu missiyanı bir daha Rusiyaya çatdırmağa çağırırıq. Bu cür təxribatlar davam edə bilməz və hərbçilərimizin həyatına olan təhlükənin davam etməsi ilə barışa bilmərik. Qarabağın hər qarışında ərazi bütövlüyümüz tam şəkildə bərpa olunmalıdır.
5148

DİGƏR XƏBƏRLƏR