Ağ Partiyası Pakistan əsilli imamın Almaniyada öldürülməsini pislədi


Bildirildiyi kimi Almaniyanın Ştutqart  şəhərində Pakistan əsilli məscid imamı irqçilər tərəfindən küçənin ortasında döyülərək qətlə yetirilib.

Ağ Partiyasının mətbuat xidmətindən Agxeber.com-a daxil olan bəyanatda deyilir:


26 yaşlı Pakistan əsilli  Şahid Navaz Qadri dekabrın 21-də küçədə irqçilər tərəfindən vəhşicəsinə döyülüb. Əldə olunan məlumata görə ağır şəkildə yaralanan və komaya düşən Qadri xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı Qadrinin alman əsilli həyat yoldaşı da ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
İyirmi birinci əsrdə Avropanın ən qabaqcıl dövlətlərindən biri olan Almaniyada bu cür insanlıqdan kənar hadisənin yaşanması əlbəttə ki, bizə çox mətləblərdən xəbər verir. Hər fürsətdə başqa dövlətləri geridə qalmış kimi göstərən və daxili işlərinə burun soxan Avropanın heç də bizim şişirtdiyimiz kimi olmadığı aydın olur.
Bu gün öz daxilində yayılmaqda davam edən faşizmlə mübarizədə aciz qalan Almaniya bu kimi problemlərin həllində də gücsüz və acizdir.

Ağ Partiyası bu cür insanlıqdan kənar hadisələrin yaşanmasını şiddətlə pisləyir və ən qısa zamanda günahkarlar tapılıb layiqli cəzalarılımasını tələb edir ki, başqaları buna cürət etməsinlər.
 
186

DİGƏR XƏBƏRLƏR