İranlı deputatdan Azərbaycana qarşı əxlaqsız ərazi iddiaları : "Azərbaycana qarşı Ermənistanı, Türkiyəyə qarşı isə ABŞ sanksiyalarını dəstəkləməliyik"

İran parlamentinin Şazand şəhərindən olan deputatı, Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Əhmədi Bilaş Ermənistanın dəstəklənməsini ölkəsinin xarici siyasəti üçün önəmli olduğunu bildirib. 

Avropa.info xəbər verir ki, parlamentdəki çıxışında hədsizcə Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Bilaş, Türkiyəyə qarşı ABŞ sanksiyalarını da dəstəkləməyi təklif edib.

"Qarabağ müharibəsində diplomatik tərbiyyəni bir kənara buraxıb Ermənistanı açıq şəkildə dəstəkləməli idik. Azərbaycan Respublikası və Cənubi Qafqazın bəzi hissələri İranındır. Gələcəkdə bir məsələ çıxarsa, İran bu əraziləri almalıdır. İran Avropa və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını açıq bir şəkildə dəstəkləməlidir", deyə iranlı deputat xüsusi həyasızlıqla bildirib.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti dəfələrlə ən yüksək səviyyədə İranla yaxşı dostluq və qonşuluq münasibətlərinin olmasını istədiyini açıqlayıb. İrandan edilən bu tip açıqlamaların bu münasibətlərə zərər vurduğu açıqdır. O ki qaldı ərazi iddiaları məsələsinə, uzaq və o qədər də uzaq olmayan tarixə baxdıqda İranın bir coğrafiya adı olduğunu, hazırkı İran dövləti ilə heç bir bağlılığı olmadığını və əsrlərlə bu coğrafiyanın Azərbaycan türkləri tərəfindən idarə edildiyi məlum həqiqətdir. Digər tərəfdən iranlı deputat kor olmalıdır ki, hazırda İranın ərazisi sayılan Cənubi Azərbaycanda 40 milyon Azərbaycan türkünün varlığını görməsin. 

Qardaş Türkiyəyə gəldikdə isə İranın ABŞ sanksiyalarına məruz qaldığı dönəmlərdə Ankaranın Tehrana verdiyi dəstəyi unutmaq əsl əxlaqsızlıqdır. 

 

1137

DİGƏR XƏBƏRLƏR