"Real"ın transfer üçün maraqlandığı hücumçular məlum oldu


Madrid “Real”ı "Tottenhem Hotspur"un və İngiltərə milli komandasının hücumçusu Harri Keynlə maraqlanır.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, “Real”ın əsas transfer hədəfi “Borussiya”nın hücumçusu Erlinq Holanddır. Ancaq "kral klubu" Keynlə müqavilənin imzalanmasını da istisna etmir.

Daha əvvəl Keyn özü bildirib ki, mövsümün sonuna yaxın London klubundan gedişi ehtimalını istisna etmir.

Keyn "Tottenhem"in yetirməsidir. O, “şəhərlilər”in əsas komandasında 2009-cu ildən hücumçu kimi çıxış edir.

Keyn cari mövsümdə klub səviyyəsində 25 matçda 17 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçunun komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.

309

DİGƏR XƏBƏRLƏR