XİN-dən birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı AÇIQLAMA

“10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq”.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb:

“Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik.

Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”.

498

DİGƏR XƏBƏRLƏR