"Putin əlindən gələn hər şeyi edir" - Kremldən Qarabağ açıqlaması

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı müharibəni dayandırmaq üçün hər şeyi edir. 

Avropa.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

"Prezident Putin dünən deyirdi ki, həm Əliyev, həm də Paşinyan ilə gündəlik əlaqədədir. Mən təkrar edə bilərəm ki, Rusiya Federasiyasının rəhbəri müharibəni dayandırmaq və Qarabağ münaqişəsinin həlli prosesini sülh istiqamətinə aparmaq üçün əlindən gələni edir" - deyə Peskov bildirib. 

477

DİGƏR XƏBƏRLƏR