"Bunu da durub Amerikadan soruşacaq deyilik" - S-400-lərlə bağlı Ərdoğandan Pentaqona cavab

Türkiyə prezidenti Ərdoğan bu gün regional məsələlərlə bağlı jurnalistlərin suallarına cavab verib.  

Avropa.info xəbər verir ki, jurnalistin "S-400-lərin Sinopda sınaqda keçirilməsinə dair məlumatlar var. Pentaqon da bununla bağlı bəyanat verib. Hadisə ilə bağlı qiymətləndirmələriniz nədir?" sualına Ərdoğanın cavabı belə olub: 

"Sınaqların keçirildiyi doğrudur, keçirilir və Amerikanın bu yanaşmasının qəti şəkildə bizi aidiyyəti yoxdur. Çünki əlimizdəki bu cür imkanların sınağını keçirməyəcəyik də, nəyi keçirəcəyik? Hər halda bunu da durub Amerikadan soruşan deyilik. Dolaysıyla, biz sadəcə S-400 deyil, bunun xaricində yüngül, ağır, orta olmaqla Amerikadan aldığımız br çox silah var, bunların da sınağını keçiririk. Bundna sonra da eyni formada etməyə davam edəcəyik. Bu arada Yunanıstanın da əlində S-300-lər var. Boş verin sınaqları, istifadə edir. Ora haqda belə bir şeyi Amerika soruşurmu? Yox. Deməli bunun Rusiyaya məxsus silah olması bu bəyəfəndiləri narahat edir. Qərarlıyıq, yolumuza eyni şəkildə davam edirik". 

492

DİGƏR XƏBƏRLƏR