"Ermənistan Rusiyanı təklif edirsə, Azərbaycan da Türkiyəni təklif edir" - Ərdoğandan yeni Qarabağ açıqlaması

Türkiyə ilə Rusiya danışıqlar masasında bərabər təmsil olunmalıdır. Rusiyanın bu məsələyə mənfi münasibətini eşitməmişəm. 

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri cümə namazı çıxışında jurnalistlərin suallarına cavab verərkən deyib. 

Ərdoğan  Azərbaycan və Ermənistan arasındakı müharibə, Türkiyənin gələcək danışıqlarda iştirakı barədə bunları deyib: 

"Rusiya burada həll üçün nə qədər çalışırsa, sülh üçün yer almağı düşünürsə, Türkiyənin də ən azı Rusiya qədər sülh üçün yer almaq haqqının olduğuna inanıram. ATƏT-in Minsk qrupunda Türkiyənin də yeri var. Azərbaycan haqlı tələbini ortaya qoyur. Əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Türkiyə ilə Rusiya bərabər təmsil olunmalıdır. Rusiyanın məsələyə mənfi münasibətini eşitməmişəm". 

561

DİGƏR XƏBƏRLƏR