Devid Perri: Azərbaycan bu mübarizədə tamamilə haqlıdır

devid-perri-azerbaycan-bu-mubarizede-tamamile-haqlidir

Azərbaycan bu mübarizədə tamamilə haqlıdır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycana məxsus olan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri bu günədək yerinə yetirilməyib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ingiltərəli şair, yazıçı, dramaturq, aktyor və rejissor Devid Uilyam Perri bildirib.

Devid Perri Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi ilə bağlı deyib: “Mən illər öncə Gəncəyə səfər etmişəm və mətbuatdan oraya olan hücumla bağlı xəbər oxuduğum zaman çox kədərləndim. Mülki əhalinin yaşadığı şəhərə belə bir hücum qəbuledilməzdir. Yaralanmış uşaqları, həyatını itirən insanları görmək çox kədərlidir. O, insanlar bunu yaşamamalı idilər. Mən düşünürəm ki, Prezident İlham Əliyev çox cəsur insandır və çox düzgün siyasət aparır”.

472

DİGƏR XƏBƏRLƏR