BMT Türkiyə ilə Liviya arasındakı “dəniz sazişi”ni qeydiyyata aldı

BMT Türkiyə ilə Liviya arasındakı “dəniz sazişi”ni qeydiyyata aldı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə ilə Liviya arasında Aralıq dənizində dövlət su sərhəddinin müəyyən edilməsinə dair imzalanan anlaşmanı qeydiyyata alıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Qeydiyyat şəhadətnaməsinə əsasən, anlaşma “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq, BMT-nin Katibliyində qeydiyyata alınıb”.

Xatırladaq ki, Liviya və Türkiyə hökumətləri 27 noyabr 2019-cu il tarixində iki qarşılıqlı anlaşma memorandumu imzalamışdılar. Onlardan biri hərbi əməkdaşlıq, digəri isə dəniz yurisdiksiyasının bölünməsi haqqında idi.

 

374

DİGƏR XƏBƏRLƏR