SƏDDAM NƏCƏFOV

Türkiyənin hər bir uğuru Azərbaycanın gücünü artırır

Türkiyənin hər bir uğuru Azərbaycanın gücünü artırır

SƏDDAM NƏCƏFOV
Yoxsulluq, ağrılı-acılı onilliklərin ardından demək olar ki, Türkiyə ilk dəfə böyük uğuru "Zeytun Budağı" adlı hərbi əməliyyatı zamanı qazandı. Bu müasir Türkiyə tarixində önəmli hərbi uğur idi və təbii ki, davamı da gəldi. Bu günlərin müjdəsi isə Qara dənizdə qaz yatağının tapılması oldu. "Zeytun Budağı" əməliyyatı hərbi, Qaz yatağının kəşfi isə müasir Türkiyənin iqtisadi uğuru oldu. Bununla isə bənzətməsi bəlkə uğurlu olmasa da Türkiyə bütün dünyanın gözü önündə masaya iki tuz açdı. Mən isə şəxsən artıq səbrsizliklə üçüncü tuzu gözləyirəm. Bilirəm ki, üçüncü tuz həlledici olacaq. Bunun da davamının gələcəyini ümid edirəm.

Əslində Yaxın Şərq hər kəsin maraq dairəsindədir. Lakin buradan pay qopartmaq heç də hər kəsə nəsib olmaz. Burada fərq etməz haqlı ol ya haqsız, gücün var ikən gücünə güc qatmağı düşününən istilaçı dövlətlərin mütləq siyasətində torpağının altı qızıl olan bu yerlərdə möhkəmlənmək əsas yer tutur və tutacaq da. Yəni, insan tamahı bu yerlərdən heç vaxt fitnə-fəsadı əskik etməyəcək, axıdılan qanlara bais olacaqdır. Lakin bütün bu istilalarla paralel bu torpaqlarda haqqı olanların da, bir mübarizə içində olduqlarının şahidi oluruq artıq. Müxtəlif dönəmlərdə buradakı bəzi dövlət rəhbərləri bəlkə də gələ biləcək təhlükəni gec də olsa hiss etsələr də, məsələyə vaxtından gec reaksiya verməkdən və ideoloji boşluqdan dolayı ölkələrinin gələcəyini gələcək istilalardan qurtara bilmədilər.

Lakin son dövrlərdə çox önəmli prosseslərin şahidi oluruq. Bölgənin gələcəyi üçün möhtəşəm layihələr, möhtəşəm hərbi, iqtisadi, siyasi və bölgədə strateji əməkdaşlıqlar üçün imzalar atılır. Azərbaycanımız isə öz növbəsində bu prosseslərdən geri qala bilməz. Bütün baş verən bu hadisələr bizim üçün də çox həyati önəm daşıyır. Nəzərə alsaq ki, prossesi başladan və yükünü də öz çiyinləri üzərinə götürən qardaş Türkiyədir, o zaman Türkiyənin bu yolda uğuru və ya uğursuzluğunun bizlərə də bir başa təsirinin olacağını anlamalıyıq. Türkiyənin hər bir uğuru Azərbaycanın gücünü artırır. 

MÜƏLLİFİN DİGƏR YAZILARI