SƏDDAM NƏCƏFOV

Azərbaycana idxal olunmuş siyasi viruslar!

Azərbaycana idxal olunmuş siyasi viruslar!

SƏDDAM NƏCƏFOV
Bir gün şahzadə üçün təyin olunan ustad gəlib şahzadədən soruşur:
“Dərslərini öyrənmisənmi?”
Kiçik şahzadə xeyr deyir.

Ustad əvəzində şahzadəyə "oxu… oğul… oxu…atan kimi… eşşək olma!" deyir. 
Bu sözdən qəzəblənən şahzadə öz ustadını şikayət edir və məsələni uzatmadan danışsaq, ustada şah tərəfindən ölüm hökmü verilir.

Dar ağacında son söz kimi ustada söz verildikdə o, öz fikrinə aydınlıq gətirməyi seçir və bir yanlış anlaşılmanın qurbanı olduğunu izah edir. 

Həmin ifadəni sizin üçün təkrar yazıram ama qrammatik səhvlərsiz. "Oxu, oğul, oxu atan kimi. Eşşək olma! "

Günümüzdə də Tural Abbaslının sözündəki hikməti anlamayıb, dediyi sözü kontekstdən çıxartmağa çalışıb, insanları əsas fikirdən yayındırmağı qarşılarına məqsəd qoyanları şahzadə ilə bir tutmasam da, onların nə etdiklərinin fərqində olmadıqlarını və tam bir zombi olduqlarını bilirəm. 

Zombi demişkən, filmlərdə də görmüşük zombilərin işi yalnız sağlam insanları özlərinə bənzətmək olur. Bunu bacarmadıqda isə tam bir dəliyə dönürlər. Dəli zombi. İnsan, düşünün, xirtdəyə qədər palçığa, çirkaba batıb və çox gözəl bilir ki, əlini kimə vursa o insanı da özü ilə birgə palçığa bulayacaq. 

Məhz bu səbəbdəndir ki, bu bataqlıq zombiləri özlərini təmiz insanlara sürtüşdürməklə təmiz insanların, onların çirkabına batmayacağını bilsələr də, ən azından onları ləkələməklə gözdən salmağa çalışırlar. Çağırılmamış qonaq kimi Azərbaycan siyasətinə girən bu zombilərin labaratoriyaları da, donorları da ölkə hüdudlarından xaricdə yerləşir. Yəni anlayacağınız, hər virus kimi bu virus da gəlmədir. 

Ümumiyyətlə, deyə bilərik ki, biz virus ixrac etmirik. Bizi narahat edən hər cür viruslar da, idxal olunan viruslardır. Hələ bu cür virusların fərqli ştamlarını demirəm. Məsələn, vətənə, dövlətə, millətə, milli kimliyə, milli dəyərlərə, hər şeyə xəyanət. Bu sadaladıqlarımı xəyanət ştammının simptonları hesab edə bilərsiniz. Bu cür virus daşıyıcıları bilərəkdən sadə və səmimi xalqı belə viruslara yoluxdurub zəhərləmək istəsələr də, daim dilində, ürəyində Allah kəliməsi olan millətimizə bu iyrənc virusları bulaşdıra bilməyərək hər zaman uğursuzluğa düçar olurlar. Özümüzü millət və dövlət olaraq bu tipli viruslardan qorumaq gərək. Özümüzü siyasi viruslardan da qorumağın ən təsirli yolu, fikirlərimizə müdaxilə etməklərinə izin verməmək və doğru bildiyimiz yoldan qəti şəkildə dönməmək. 

Bunları yazmaqda niyyətim müdafiə xarakteri daşımır. Əyər müdafiə edirəmsə də bu bizim millət olaraq qoruyub, nəsildən nəsilə ötürərək, sağlam, heç bir xəstə təfəkkürə bulaşmadan bu günlərə gətirib çıxartdığımız dəyərlərimizdir. Hansıki müasir zamanda belə hər milləti sahib olduğu yaxud sonradan "xəstənlənən" dəyərlərinə görə tanıyır hər kəs. Bunun isə nümunələri çoxdur. 

Bizim öncəliyimiz bu cür nümunələrdə müsbət obrazlı xalqaların sıransında ən öndəki yerimizi qoruyub saxlamağımızdır ki, biz buna, əlbət, layiq millətik.

© Ağ Partiya İH üzvü Səddam Nəcəfli .

MÜƏLLİFİN DİGƏR YAZILARI