AZƏR HÜSEYNOV

Müasir dövrün problemi-praktik siyasətçilər və onların nəzəri biliklərinin tamamlanması

Müasir dövrün problemi-praktik siyasətçilər və onların nəzəri biliklərinin tamamlanması

AZƏR HÜSEYNOV

Müasir dövrdə bizim cəmiyyətimizdə bir problem vardır. Bu haqda danışmaq istərdim. Bu da praktik siyasətçilər və onların nəzəri biliklərinin tamamlanması ehtiyacı, eyni zamanda siyasi nəzəriyyəçilərin praktika ilə uzaq məsafədə olması müşkülüdür.

Bura xüsusi ilə inanclı kəsimi də aid edirəm. İnanclı kəsim hələ öz daxilindən nəzəriyyə və təcrübəni birləşdirən şəxslər ortaya çıxartmağa ehtiyac duyur. Yaxınlar bilir, işimin mahiyyəti gərəyi siyasi və tarixi ədəbiyyatlarla ünsiyyətim olur. Eyni zamanda siyasi şərhləri ilə məkanı lərzəyə salan bir sıra qəhrəmanlar da mənə özləri ilə ünsiyyət şərəfini bəxş ediblər.

İnanclı qismə tövsiyyəm odur ki, ölkəmizin real ictimai-siyasi mühitini bilən qərəzsiz, bu sözü də deməkdən çəkinməyəcəm ağıllı insanlar yetişdirsinlər. Əks halda meydan müxtəlif ölkələrdə dini təhsil almış, amma Azərbaycan cəmiyyətinin reallıqlarından Yerlə Venera qədər uzaq şəxslərə qalır. Onlar həm inanclı kəsimin ünsiyyət, əlaqə qura bilmə mədəniyyətini zədələyir, həm də inanclı kəsimi bəlalara aparırlar.

İndi isə qayıdaq, nəzəriyyə ilə praktika arasında əlaqənin qurulmasına. Buna sovet vaxtı elmlə istehsalat arasında əlaqənin qurulması da deyirdilər. Bir növü!

Siyasətçi ilk öncə təmsil etdiyi ideoloji baxımından ciddi hazırlığa malik olmalıdır. Təmsil etdiyi ideoloji istiqamətin ictimai paketini bilməlidir. Ən azından təmsil etdiyi məktəb nöqteyi-nəzərindən. Bu, Milli siyasi məkanımızda olmasını istədiyim məsələlərdəndir. Kommunist kommunist olsun, demokrat demokrat olsun, mömin mömin olsun, liberal liberal olsun.

Təəssüf ki, dostlar, özünü mühafizəkarlığa ( bu ifadəni şərti işlədirəm) aid edənlərin siyasi ideoloji təməlləri əks cəbhədə dayananlara nisbətdə kifayət qədər güclü deyildir.

İkinci bir məsələ, siyasi təhlil sahəsində çalışanların siyasi, tarixi bilik baqajları olmalıdır. Məsələləri ancaq bu gün konyukturundan təhlil etmək elə də düz deyildir, cənablar. Çünki böyük güclər heç bir zaman təsadüfi qərarlar qəbul etməzlər, mütləq tarixi ideoloji mirasa və metodlara malik olarlar.

BUNLAR ANA XƏTTLƏRİ İLƏ DƏYİŞMƏZ!

Misal üçün, rusların müasir siyasət vizyonun memarı İvan Qroznudur. Hərbi gücdən istifadə rus yayılmacılığının bütün əsrlərdə əsas aləti olubur. Bunu unudanlar rus yayılmacılığı qarşısında faciələr yaşayıblar. Türkiyə siyasi təfəkkürünü ortada kamalizm dəyişmək istədə də, nizami-aləm düşüncəsi islama qədərki, həm də islam sonrası türk dövlətləri üçün xasdır. Amerika siyasi dəst xətti para və gücün seçki prosesində əvəzlənməsinə dayanır. Şahinlərdən olan Amerika prezidentini, mütləq "para ilə məsələni həll edək" cəbhəsinin nümayəndəsi dəyişibdir.

Nə isə cənablar, bunu nə üçün yazdım. Bir dəfə bir nəfər məndən bir təhlil xahiş etmişdi. Bu qədim zamanlar idi. Yaşımın azlığı, təcrübəmin yoxluğu, gəncliyin təkəbbürü səbəbi ilə bərbad bir təhlil təqdim etdim bu professora. Mənə mənalı mənalı baxıb dedi ki, informasiyanın bolluğu və məlumatın əlinə gəlməsi zamanı hər kəs nələrsə yaza bilər. Təhlili başlar məlumat kasadlığı zamanı ipləri bir birilə bağlaya bilən başlardır.


Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI