AZƏR HÜSEYNOV

Güclü Azərbaycan və Tural Abbaslının sosial məsələləri qabartması

Güclü Azərbaycan və Tural Abbaslının sosial məsələləri qabartması

AZƏR HÜSEYNOV
Güclü bir ölkənin vətəndaşı olmaq insana istənilən halda bir dəyər verir. Dövlətin, ölkən nə qədər güclüdürsə sən o qədər rahatsan və güclüsən. Siyasi və ideoloji fərqlərdən asılı olmayaraq ölkəni güclü görmək hər bir vətəndaşın arzusu olmalıdır. Güclü olmaq isə daxili əmin amanlıqdan, həmrəylikdən keçər. Bu məsələni gözəl bir şəkildə izah edənlərdən biri də Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadə yazır ki, liberalizm sonunda bəlli bir zümrənin, maliyyə zümrəsinin hakimiyyətinə gətirib çıxardır. Ona görə solidarizm-milli həmrəylik lazımdır. Milli həmrəylik xalqı təşkil edən müxtəlif təbəqələrin bir birinə yardım etməsidir. Milli hiss ümumi sevinc və kədərlərdə birləşə bilməkdir. Eyni ilə davam edir ki, milli görüşün davamlı olması üçün milli qismin sosial məsələləri də gündəmdə saxlaması lazımdır. Əks halda sosial qayğılar səbəbi ilə insanlar milli hissdən uzaqlaşa bilərlər. Buna görə də, cəmiyyətin imkanlı təbəqəsinin xüsusi bir fədakarlıq etməsi lazımdır. Dövlətin də xalqın yanında durması lazımdır. Xalqın ümumi varlanması üçün çalışmaq lazımdır.
Bunları niyə yazdım? Bəzən, bəzi insanlar Ağ Partiya başqanı Tural Abbaslının sosial məsələləri qabartmasını dilə gətirib deyirlər ki, özünü sağ hesab edənlər soldan danışır. Ümumiyyətlə, bizim anlayışımızda sağ və ya sol bölgüsü yoxdur. Bizim anlayışımızda Milli Nizam ideyası vardır. Bu nə deməkdir? Azərbaycan xalqı öz milli dəyərlərini ki, bu inancı, bayrağı, adətləri, mentallığı, ailə nizamı, böyük-kiçik münasibətlərini qorumaqla firavan yaşamalıdır. Çünki firavan yaşamayan xalqın milli ideyadan soyuması baş verə bilər. Buna da çalışanlar vardır. Onların maliyyə babaları onlara bunun üçün para-pul verirlər. Bizim üçün dəyərlərini satıb firavan yaşamaq da bir şey deyildir. Yəni, Azərbaycan kişisi KİŞİDİR, Azərbaycan qadını QADINDIR! Azərbaycan ailəsi Azərbaycan ailəsidir.
Azərbaycan xalqı Mannadan başlayan, Azərbaycan Xalq Cümhruiyyəti ilə bitən bir DÖVLƏT ənənəsinin varisidir. Dünyada şəxsiyyətini, simasını, duruşunu itirib yaxşı yaşayan o qədər xalq və dövlət var ki. Biz şəxsiyyətimizi, simamızı, duruşumuzu saxlayıb Tük-Müsəlman dünyasının bir hissəsi olduğumuz dərk edib yaxşı yaşamalıyıq. Bunun üçün isə sağlam iqtisadi mühit, sərvətlərə hər kəsin əlçatanlığı, milli qarşılıqlı yardımlaşma və güclü DÖVLƏT lazımdır. Məhz buna görə Tural Abbaslı öz çıxışlarında iki məqamı vurğulayır. Güclü dövlət və xoşbəxt vətəndaş bu isə siyasi fəaliyyətin qanunlar çərçivəsində həyata keçirilməsi ilə mümkündür.

MÜƏLLİFİN DİGƏR YAZILARI