AZƏR HÜSEYNOV

Milliləşmək hansı zərurətdən doğur?!

Milliləşmək hansı zərurətdən doğur?!

AZƏR HÜSEYNOV

Dağıstan-Azərbaycan sərhəddində baş verən prosesdə Azərbaycan dövlətinin lazımi reaksiya verə bilməməsinin bir sıra daxili və xarici səbəbləri vardır. Bu məsələni sadə şərh etmək və emosiya ilə yanaşmaq olmaz. Burada bir şeyi xüsusi ilə qeyd etmək istəyirəm. Dövlət hakimiyyətləri həm daxili, həm də xarici dəstəyə ehtiyac duyurlar. Daxili dəstəyi almaq üçün onların xalqla ideoloji bağlılığı, yaxud da milli mahiyyəti olmalıdır. Bunu siyasi-elm nöqteyi nəzərindən deyirəm. Azərbaycanca danışmaq demirəm, Azərbaycanca yaşamaq nədir, bilməyən yüksək vəzifəli məmurlardan ibarət hökümət kabinetinin milli mahiyyəti tənqidə dözə biləcək halda deyildir. İllərlə şou, manıslığa öyrədilmiş kütlə yox hərbiləşmiş təfəkkürə malik olan xalq formalaşdırmaq lazım idi. Bu xalq olmadan hökümət xarici təzyiq və provakasiyalara qaşı dayanıqlı və milli dirəniş xüsusiyyətli mövqe göstərə bilməz. Bu bizim daxili problemimizdir. Daxili dəstəyin və milli fədakarlığın azlığından əziyyət çəkən hökümətlər xarici dəstəyə daha çox önəm verər. Xarici dəstəyi də bizim kimi ölkənin tapması asan deyildir. Xaricilər bizi öz aralarında istifadə edilən malzəmə kimi görürlər. Hərbiləşmiş millət əksikliyi, gücü ancaq iqtisadiyyatda görmək təfəkkürü, ideoloji mahiyyətə malik olmamaq bizi Rusiya qarşısında aciz edir. Rusiya isə bizə qarşı həmişə milli azlıqları separatizmə çəkmək provakasiyası, daxildə rus aşiqi beşinci kalon və Rusiyada işləyən biçarə həmvətənlərimizi deportasiya etmək təhdidi ilə təsir etməyə çalışır. Ən başlıcası isə dövlət idarə sistemində milli düşüncəyə malik təsirli insanların azlığı hiss edilir. Milli düşüncə nədir? Bunu fərqli anlaya bilərik. Mən bir inanclı insan kimi bunu fərqli görə bilərəm, bir milli dövlət tərəfdarı başqa cür. Lakin ortaq bir təhlükə qarşısında birləşən xəttələrimizin olması mümkündür. Bizi idarə edənlərə isə tövsiyə edərim ki, milliləşsinlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI