AZƏR HÜSEYNOV

Azərbaycan Qafqazın, türk və müsəlman xalqlarının ümidi olmalıdır

Azərbaycan Qafqazın, türk və müsəlman xalqlarının ümidi olmalıdır

AZƏR HÜSEYNOV
44 günlük savaşdan sonra artıq Qafqaz əvvəlki Qafqaz deyildir. Hərbi qələbələr siyasi və iqtisadi dirçəlişin təməli olmalıdır.  Azərbaycan Qafqazın yeganə türk-müsəlman dünyasına nisbət edilən dövlətdir. Qafqazın digər türk-müsəlman xalqları müstəqil bir dövlətə sahib deyildirlər.  Bəzi qüvvələr Şimali Qafqaz xalqları ilə bizim aramızı soyutmaq istəyirlər. Bu soyuqluğu ortadan qaldıracaq yeganə amil Azərbaycanın inkişaf ülkülərini milli etməsidir. Bunun üçün dövlətin daxili və xarici siyasətində ciddi iş aparılmalıdır.  Bizi böyük edə biləcək iki amilin üzərində istər ölkə daxilində, istər ölkə xaricində işləmək lazımdır. Bunlardan biri odur ki, tarixi mirasa sahib çıxmaq lazımdır. Təhsilin ilk addımlarından alisinə qədər böyük olma şüuru aşılanmalıdır. Bizi tarixən inancımıza, dinimizə bağlılıq güclü edibdir. İnancın şüurlara yolunu açmaq lazımdır. İnanc bizi Qafqaz məzlumları ilə bağlayır. Onları bizim şəmsiyyəmizdə toplaya bilər. İşğal altında olan digər qafqazlı müsəlmanlar da anlamalıdır ki, Azərbaycanın uğuru onların uğurudur.  Daha sonra isə biz artıq çalxalanmağa başlayan türk dünyasının tərkibiyik.  O ki bəzilərinin liderlərinin yuxusuna kumanlar və peçeneqlər olaraq kabus kimi girir. 
Biz özümüzə dönməliyik. Fitrətimizə - Allaha dönməliyik. Hər sahədə Allahın qulu olmağa çalışmalıyıq ki, geosiyasətin əsas oyunçusu olaq. Eyni zamanda Səlcuqludan bu yana dövlət xalqı olma şüurunu gücləndirməliyik.  Bir sözlə hiylə quranlar hiylə qurduğu zaman biz məkrullahın bir hissəsi olmalıyıq. Bu indi xəyal görsənə bilər.  Amma bütün yüksəlişlər xəyalla başlayır.

MÜƏLLİFİN DİGƏR YAZILARI