AZƏR HÜSEYNOV

Vətəndaşın şərəfi Milli dövlətə əmanətdir

Vətəndaşın şərəfi Milli dövlətə əmanətdir

AZƏR HÜSEYNOV
İnsanlar mövcud olandan bu günə qədər onların fitrətləri ilə bağlı olan bir sıra anlayışlar vardır. Onlardan biri də şərəfdir. Şərəf elə bir anlayışdır ki, onun var olması üçün bir saıra hallarda insanlar fiziki varlıqlarından belə keçirlər. Çünki insanı insan edən onun şərəfidir. Xalqları da qarşılıqlı münasibətlərində də bu amil çox önəmlidir.
Bir daha son yaşadığımız Vətən Müharibəsini misal çəkirəm. İşğal edilmiş ərazilər bizim üçün territorial bir məsələ olmaqdan ötə bir şərəf məsələsi idi. Şərəf anlayışı bir sıra hallarda birinin digərinə üstünlüyü kimi də istifadə edilmişdir. Ancaq hal-hazırda ümumiləşən anlayışa görə şərəf insanın heysiyyatı ilə sıx surətdə bağlıdır.
Şərəf bir insanın mənəvi duyğularını, qırmızı cizgilərini qorumaq xüsusiyyətidir desək, yanılmarıq. Onun üçün milli tərbiyyədə də şərəf anlayışının formalaşdırılması və eyni zamanda şəxsiyyət tipinin bir xassəsi olması oldquca mühümdür.

Milli dövlətin də əsas vəzifələrindən biri vətəndaşın şərəfinin qorunmasıdır. Vətəndaşın şərəfinin qorunması bəzən bir daxili məsələ, bəzən isə xarici siyasət məsələsi, bəzən də hərbi bir məsələdir. Dövlət vətəndaşının heysiyyatını bəzən öz daxilində, bəzən isə xaricində qorumaqla mükəlləfdir.
Azərbaycan düşüncə sistemində bir sıra hallarda şərəf qeyrət, bir sıra hallarda iffət, bir sıra hallarda qürur, bir sıra hallarda ehtiram ilə üst üstə düşür. Bir sıra hallarda isə şərəf izzətlə ortaq mənalara sahib olur.

Bu mənada Uca Rəbbimiz nə gözəl deyir: “ Kim izzət istəyirsə izzət bütünlüklə Allaha məxsusdur” Fatır surəsi, 10-cu ayə
İzzətə və şərəfə Allahın insane verdiyi fitri duyğuları nəzərə almadan qovuşmaq mümkün deyildir. Allah isə insanı təmiz fitrət üzərində yaratmışdır.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, milli dövlət üçün insanın şərəfi prioritet məsələlərdən olmalıdır.

Xüsusi ilə həyatda şərəfli biri olduğunu əməlləri təsdiq etmiş insanların şərəfləri dövlətin diqqət mərkəzində olmalıdır. Bura birinci növbədə öz qanı və canı ilə millətin şərəfini qorumuş qazilər, onların əzizləri, şəhidlər və onların əzizləri daxildir. Həmçinin hər bir vətəndaşın şərəfi dövlətin mühafizəsi altında olmalıdır.
Daxili həyatda şərəfi qorunan vətəndaş dövlətin şərəfinin qorunmasının əsgəridir. Buna görə də məmurların müxtəlif səviyyələrinə vətəndaşın şərəfinin dövlətin zəmanətində olduğu dövri olaraq xatırladılmalıdır.

İslam və türk tarixində buna dair çox gözəl nümunələr vardır. Xəlifə Ömər (Allah ondan razı olsun) bir dəfə Misirə təyin etdiyi canişini və oğlunu xristyan bir vətəndaşın şərəfinin alçaldılmasına görə döymüş və tarixə keçən “ Siz nə vaxtdan azad insanları kölə etməyə başladınız” ifadəsini işlətmişdi.
Məmur aparatının vətəndaşla mütəmadi əlaqəsini nəzərə alsaq onu deməliyik ki, dövlət vətəndaşının şərəfini qorumalıdır. Onun şərəfinin qorunması vətəndaşa aid olan maddi və mənəvi dəyərlərin qorunmasıdır. Bunun üçün kriteriya və meyarları kapitalist düşüncələrindən, digər əqidələrdən deyil milli kimliyindən, inancı və tarixindən almalıdır.

Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

 bizimsesimiz.info 

MÜƏLLİFİN DİGƏR YAZILARI