AZAL oktyabrın 1-dək digər marşrutlar üzrə aviareysləri bərpa etməyəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən oktyabr ayının 1-dək əvvəllər mövcud olan aviareyslər üzrə uçuşların bərpası nəzərdə tutulmayıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, hazırda xüsusi karantin rejiminin 30 sentyabr tarixinədək uzadılması səbəbindən AZAL yalnız İstanbul, London və Berlin istiqamətində xüsusi reyslər həyata keçirməyə davam edir.

Qeyd edək ki, cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetirilir.

924

DİGƏR XƏBƏRLƏR