İZZƏTLİ OLMAQ!


Həqiqətən elə bir dövrə gəlmişik ki, artıq elm, istehsal gücü və qabiliyyətimizdən əvvəl bizi ətrafımıza tanıdan başqa keyfiyyətlərin olması tələb olunur. Özümüzü ifadə qabiliyyətimiz yüksək olmalı, xüsusi gözə girmə, gündəm olmaq, reklam imkanlarını istifadə edə bilmək kimi qabiliyyətlərimizi doğru və ideal şəkildə istifadə etməyi bacarmalıyıq. Bu kimi əsaslara diqqət edərək, doğru yerdə doğru danışmaq, doğru seçim etmək uğurlu hekayələrin, böyük kütlələrə tanınmağımızın başlanğıcı olur. Təbii ki, bunlar ölçüsündə, yerində müraciət etdiyimiz zəruri davranışlardandır. Bu minvalla əsas gözdən qaçan, xüsusən gözə girmək qismini bəzən gərəksiz və yersiz davranışlara müraciət etməyimizlə ifadə etməyimizdən bəhs etmək istəyirəm. Yəni şüurlu və ya şüursuz etmiş olduğumuz aid olmadığımız ortama calaq olma, özümüzü aid etmə hissi bizi hörmətdən sala bilər unutmamaq lazımdır! Xüsusən ziya qaynaqlarımızın şəxsiyyəti zədələmədən, özünü gözdən sözdən salmadan bu tanınma tanıtma mərhələsini uğurlu keçmələri əsas şərtdir. Həqiqətən insanı yüksəldən və alçaldan Aləmlərin Rəbbidir, qullara təvəkküllə həll olunmayan, verilməyən vəzifələr də bu mövzu çərçivəsində qiymətləndirilməlidir. Özünə hörmət edənə hər özünə hörmət edən hər zaman hörmət edər qızıl qaydadır! İzzətini, şəxsiyyətini qoruyan ciddi alimlərimizə, ziyalılarımıza ehtiyacımız var, həqiqətən yolumuzu, gələcəyimizi aydınlatsınlar. Adları çəkiləndə hörmətlə anaq, olduqları məclisdə ən əzizimiz kimi davrana bilək. Şübhəsiz bu tərz alimlərimiz, insanlarımız vardır qədrlərini həyatda sağikən bilək, hörmətlərini əksik etməyək. Bu minvalla izzətli alimlərimizin, ziyalılarımızın bir nur qaynağı kimi həyatımızı işıqlandırmaları təmənnisi ilə, Allah izzətimizi əlimizdən almasın...

Sənan Əzimov
İstanbul Universiteti Doktorant
1628

DİGƏR XƏBƏRLƏR