AĞ Partiyadan orduya dəstək

Agxeber.com xəbər verir ki, AĞ Partiya orduya dəstək məqsədi ilə həyata keçirilən səngərə təkər göndərmə kampaniyasına qoşulub. Bu barədə məlumatı AĞ Partiya Qarabağ komissiyasının rəhəbəri Rüfət Rzayev yayıb. 
AĞ Partiya  üzvləri topladıqları təkərləri sərhəd bölgəsinə göndərib. Partiyanın təkər göndərmə aksiyasında siravi partiya üzvləri ilə yanaşı rəhbərlikdə təmsil olunanlar şəxsən iştirak edib.İyul ayının 30-da həyata keçirilən kampaniyada AĞ Partiya orduya 2 yük avtomobili ilə dolu təkər göndərib.

Qeyd edək ki, sərhəd bölgəsinə göndərilən təkərlər qum dolu kisələrdən fərqli olaraq müdafiənin ön xəttində mövqelərin mühafizəsi baxımından olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

 
1781

DİGƏR XƏBƏRLƏR