İlham Əliyev şəhid general və polkovnikin ailəsinə zəng etdi - Yenilənib (FOTO)

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.

HİT.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

***

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

HİT.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

Məlumata əsasən, general-mayor Polad Həşimovun anası və polkovnik İlqar Mirzəyevin oğlu Ali Baş Komandanla danışıblar. 





411

DİGƏR XƏBƏRLƏR