Şəhid Elçin Mustafazadə Ağstafada dəfn edildi – Foto

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

“Report” xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra E.Mustafazadənin cənazəsi qəbiristanlığa aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

563

DİGƏR XƏBƏRLƏR