AĞ Partiya İdarə Heyətinin iclası keçirilib


İyunun 20-də AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə AĞ Partiyanın mətbuat xidməti məlumat yayıb. İclasda qərar və tapşırıqların icrası vəziyyəti, təşkilati məsələlər və ictimai-siyasi vəziyyət müzakirə edilib. İdarə heyətinin üzvləri ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqinin uzadılması məsələsinə münasibət bildirib. Mövcud şəraitdə karantin rejiminin tətbiqi doğru qərar hesab edilsə də, ölkə əhalisinin sosial durumunun diqqətə alınaraq əhaliyə yenidən 190 manat yardım edilməsinin zəruri olduğu bildirilib. Qeyd edək ki, iclasın AĞ Partiyanın qərargahında keçirilməsinə baxmayaraq idarə heyətinin xaricdə olan üzvləri iclasa onlayn formada qatılıblar.
1894

DİGƏR XƏBƏRLƏR