Müxalifət partiyaları arasında görüş keçirilib

İki partiya ölkədəki vəziyyəti müzakirə edib

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərərgahında AMİP və AĞ Partiya rəhbərliyi arasında görüş keçirilib. Bu barədə Agxeber.com-a  AĞ Partiya idarə heyətindən məlumat verilib.

Məlumata görə, görüş çərçivəsində ölkədə mövcud ictimai-siyasi vəziyyət geniş müzakirə olunub, partiya rəhbərliyinin bu və ya digər məsələlərə münasibətilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin çoxtərəfli əmədaşlıqların daha da inkişaf etdirilməsi baxımından ikitərəfli münasibətlərin əhəmiyyəti qeyd olunub və bu baxımdan da AMİP və AĞ Partiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir müzakirələr edilib.

2201

DİGƏR XƏBƏRLƏR