AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib


İyunun 13-də AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə AĞ Partiyanın mətbuat xidməti məlumat yayıb. İclasda  qərar və tapşırıqların icrası vəziyyəti, təşkilati məsələlər və ictimai-siyasi vəziyyət  müzakirə edilib. Daha sonra koronovirusla əlaqədar sərtləşdirilmiş karatin qaydalarının tətbiqi, faydaları və fəsadları mövzusu da müzakirə edilib. Partiya idarə heyəti sərtləşdirilmiş karantin qaydalarının uzadılacağı təqdirdə bununla bağlı xalqın tələblərinə uyğun təkliflərin hazırlanıb hökümətə təqdim edilməsi məsələsini də müzakirə edib. Eyni zamanda hal-hazırda ölkə xaricində olan, sərhədlərin bağlı olması ilə əlaqədar ölkəyə dönmək istəyib də dönə bilməyən vətəndaşların ölkəmizə gətirilməsi üçün addımların atılması hökümətdən tələb edilib. Qeyd edək ki, iclasın AĞ Partiyanın qərargahında keçirilməsinə baxmayaraq idarə heyətinin xaricdə olan üzvləri iclasa onlayn formada qatılıblar.
2703

DİGƏR XƏBƏRLƏR