BDU-da "Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları" mövzusunda onlayn mühazirə keçirilib


Mayın 31-də Türkiyə Respublikasının Kastamonu Universitetinin professoru Vüsalə Musalı Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları” mövzusunda onlayn mühazirə keçib. 
Videobağlantıya qoşulan rektor Elçin Babayev BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılması, elmi fəaliyyətin təşkili, universitet əməkdaşlarının məqalələrinin yüksək impakt faktorlu elmi jurnallarda dərc olunma fəallığı kimi məsələlərdən söz açıb.

Moderator, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov onlayn mühazirənin məqsədi barədə ətraflı məlumat verib.

Vüsalə Musalı elmi tədqiqatın mahiyyəti və vəzifələri, əsas anlayışları və prinsipləri, tədqiqat metodlarının təsnifatı, yaxşı tədqiqat mövzusunun əlamətləri, elmi-tədqiqat ədəbiyyatlarının mənbələri, “Google” şəbəkəsində akademik hesabın açılması, “Web of Science” və “Scopus” bazalarından effektiv istifadə, impakt faktorlu elmi jurnallarda məqalə standartları, internet materiallarından sitatların gətirilməsi, məlumatların toplanmasının müvafiq metodlarının seçilməsi, təsviri statistikanın əsas göstəriciləri barədə təqdimatla çıxış edib.

“Microsoft Teams” platforması üzərindən təşkil edilmiş dərs iştirakçıların marağına səbəb olub.

Onlayn tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

1626

DİGƏR XƏBƏRLƏR